"Araz-Naxçıvan" Misli Premyer Liqasının I dövrəsində qələbə qazana bilməyib. Sport24.az xəbər verir ki, muxtar respublika təmsilçisi keçirdiyi 11 oyunda 4 heç-heçə edib, 7 dəfə məğlub olub.

 

Son dörd mövsümdə ilk dəfə Premyer Liqanın iştirakçılarından biri mövsümün ilk 11 görüşündə qələbə qazana bilməyib. Sonuncu dəfə belə hal 2022/23 mövsümündə yaşanıb. Həmin vaxt "Sumqayıt" və "Şamaxı" ilk 11 turda qələbə qazana bilməyiblər.

 

Qeyd edək ki, dörd il əvvəl hər iki komanda 11 oyunda 4 xal toplayıb.