Azərbaycan sərbəst güləş yığmasının üzvü Əli Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını mükafatla başa vurub. Sport24.az xəbər verir ki, 92 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz bürünc medal uğrunda həlledici görüşdə iranlı dünya mükafatçısı Əmirhüseyn Firuzpurbandpey ilə qüvvəsini sınayıb.

 

Rəqibinə heç bir şans verməyən Tsokayev matçı 6:0 hesablı qələbə ilə tamamlayaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

 

Bu uğurlu nəticə sayəsində Azərbaycan milli komandasının Astanadakı ümumi medallarının sayı 6-ya çatıb. Hazırda yığmamızın aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc mükafat var.