Misli Premyer Liqasının 10-cu turunun üçüncü oyun gününə Gəncədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Kəpəz" "doğma divarlar" arasında "İmişli"ni qonaq edir.

 

Hər iki komanda son oyunlarla azarkeşlərini sevindirməyi bacarıblar. Meydan sahibləri ötən həftə səfərdə "Şəfanı" məğlub edibsə, qonaqlar "Şamaxı"nı evə əliboş yola salıblar. Ondan əvvəl isə "pələnglər" çempionatın iddialılarından hesab olunan "Turan Tovuz"u yenməklə aktivlərinə 3 xal yazdırıblar. "Sarı-göylər" 9 turdan sonra 14 xalla 6-cı yerdədirsə, "İmişli" isə 10 xalla 8-cidir. "Kəpəz" bu gün qalib gələcəyi halda turnir cədvəlində bir pillə irəliləyə, 5-ci pilləyə yüksələ bilər.

 

Qeyd edəkki, tura sabah keçiriləcək "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulacaq. 

 

Misli Premyer Liqası

I dövrə, X tur

17:30. "Kəpəz" - "İmişli" 0:0 (Birinci hissə)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Rəşad Əhmədov 
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev 
AFFA nümayəndəsi: Eldar Məmmədov
Gəncə. Şəhər stadionu.

 

"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov (k) 10. Rəhman Hacıyev 8. Şakir Seyidov 66. David Domqjoni 11. Viktor Stina 33. Benito 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua

 

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 6. Vadim Abdullayev 7. Namik Ələskərov 99. Əli Səmədov 20. Rafael Məhərrəmli 5. Hüseyn Babayev 17. Ümid Səmədov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 23. Raul İsaqov 9. Kennet Kalunqa

 

Baş məşqçi: Azər Məmmədov

 

"İmişli": 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 17. Seyxan Fərəcov 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 10. Dioqo Kardozu

 

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 70. Mehdi Tahirov 3. Tuncay Yusifli 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 6. Yau Mozes 8. Xuan Hernandes 42. Sebai Senin

 

Məşqçi: Ervins Perkons