Türkiyə Superliqasında çempionluq üçün oynayan "Trabzonspor" "Fluminense"nin hücumçusu Con Kennedinin keçidini həll etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Qaradəniz təmsilçisi 24 yaşlı forvard üçün Braziliya klubu

ilə danışıqlara başlayıb.

Kennedi özü də Türkiyəyə yollanmağa müsbət yanaşır. Onun "Fluminense" ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.

 

Braziliyalı "Ferroviariya", "Paçuka" klublarında da oynayıb.