Kosovo çempionatında 12-cu turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin şərəfini qoruduğu "Malişeva" öz meydanında "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçə edib.

 

Qeydə alınan nəticə:

 

Kosovo Superliqası

 

XII tur

Malişeva – Feronikeli-74 0:0

 

İsgəndərli meydan sahiblərinin start heyətində meydana çıxıb.

 

İki xal itirməsinə baxmayaraq, "Malişeva" Kosovo çempionatının turnir cədvəlində birincilik mövqeyini qoruyub. 12 oyundan sonra komandanın aktivində 27 xal var.