Bu gün Bakıda qadın güləşi üzrə U-15 və U-17 yaş qrupları arasında açıq beynəlxalq turnir keçirilir. Sport24.az xəbər verir ki, yarış Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında təşkil olunub.
Turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-ə yaxın yeniyetmə güləşçi iştirak edir.
Qeyd edək ki, idmançılar öz yaş və çəki dərəcələrində medallar uğrunda mübarizə aparırlar. Yarış həmçinin gənc güləşçilərə beynəlxalq təcrübə qazanmaq və xarici rəqiblərlə qarşılaşmalarda qüvvələrini sınamaq imkanı yaradır.