Beynəlxalq beynəlxalq yoldaşlıq oyunları çərçivəsində keçiriləcək Andorra - Azərbaycan matçının hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşma İspaniyadan olan ədalət təmsilçilərinə tapşırılıb.

Görüşün baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq. Ona həmyerliləri Dieqo Sançes Royo və Diego Barbero köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Pedro Qonçalves yerinə yetirəcək..

Xatırladaq ki, noyabrın 16-da keçiriləcək Andorra - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.