"Barselona", "Yuventus", PSJ və Braziliya millisinin keçmiş müdafiəçisi Dani Alves həyat yoldaşı Joana Sanzdan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Xavi Hoyos futbolçunun xanımı söhbətindən sonra sosial media hesabında paylaşım edib:

 

"Joana Sanz və Dani Alves boşanıblar. Bu məlumatı əldə etdikdən sonra Joana ilə əlaqə saxladım və o, mənə səbəbləri izah etdi. Son vaxtlar hamımız Dani Alvesin təbliğatçı qismində çıxış etdiyi videoları görmüşük. Görünür, o, hazırda dünyanı gəzir, təbliğatçı və natiq kimi çıxış edərək yevangelist inancını təbliğ edir. Joananın sözlərinə görə, bu vəziyyət Alvesin ondan və qızından uzaqlaşmasına, nəticədə Joananın özünü tənha hiss etməsinə səbəb olub".

 

Qeyd edək ki, cütlük 2017-ci ildə evlənib və 2025-ci ilin oktyabrında onların qızı Xuleta dünyaya gəlib. Hoyosun sözlərinə görə, ayrılıq təşəbbüsü Sanzdan gəlib. Buna səbəb kimi 43 yaşlı braziliyalının dinə dərindən bağlanması və bunun nəticəsində ailəsinə qarşı laqeydləşməsi göstərilir.