"Kaşuk" öz klubunda da təxminən eyni mövqedə çıxış edir. Onun debütünü nəzərə alsaq, o, olduqca yaxşı oyun nümayiş etdirdi. Hətta təşəbbüsü öz üzərinə götürdüyü iki epizod sayəsində qol vurmaq üçün iki imkan yarada bildi". Sport24.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin baş məşqçisi Andrea Maldera Millətlər Liqasının V turu çərçivəsində dünən baş tutan Şimali İrlandiya ilə matçdan sonra Aleksey Kaşukun yığmada debütünü dəyərləndirərkən deyib.

 

Baş məşqçi "Qarabağ"ın futbolçusunun  müdafiənin cinahında oynaması məsələsinə də aydınlıq gətirib: 

 

"Onun beşli müdafiənin cinah müdafiəçisi (wing-back) kimi çıxış etməinə gəlincə, biz rəqibin çox da boşluq olmayan mərkəzi blokunu keçməyə çalışırdıq. Bəzən buna nail olduq, bəzən isə yox. Lakin düşünmürəm ki, yaranan problemlər məhz taktiki sxemdən qaynaqlanırdı. Biz çox az risk etdik və oyun əsasən fərdi qarşıdurmalar, təkbətək mübarizələr üzərində cəmləşmişdi".

 

Qeyd edək ki, Ukrayna millisi Millətlər Liqasının V turunda səfərdə Şimali İralandiyaya 0:1 hesabı ilə məğlub olub.