Azərbaycan Basketbol Liqasında 7-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə son ölkə çempionu "Sabah" ilə "Neftçi" üz-üzə gəlib.

 

Turun mərkəzi matçında "bayquşlar" 93:78 hesablı qələbəyə seviniblər.

 

Görüş Milli Gimnastika Arenasında baş tutub.

 

Tura noyabrın 16-da yekun vurulacaq.