Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandası 2029-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxıb. Sport24.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız seçmə mərhələdəki ikinci matçında İrlandiya seçməsini qəbul edib.

 

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma qonaq komandanın 91:73 hesablı qələbəsi ilə başa çatıb.

 

Xatırladaq ki, millimiz qrupdakı ilk görüşündə İsveçrə kollektivinə 33:84 hesabı ilə məğlub olmuşdu.