İspaniyanın "Andorra" klubunun qapıçısı Xesus Ovono futbolçu Xesus de Migel cəzalanıb. Sport24.az xəbər verir ki, qolkiper "Tenerife" ilə matçda kobud oyuna görə 12 oyunluq diskvalifikasiya edilib.

 

Ovono həmin görüşdə Migellə toqquşub. İspan hücumçu hadisə nəticəsində dünyasını dəyişib.

 

Faciəli olaydan sonra Ovononun ağır psixoloji sarsıntı keçirdiyi, evdən çıxmadığı və sosial media hesablarını sildiyi bildirilir. Klub rəhbərliyi qapıçıya psixoloji dəstək göstərilməsi üçün mütəxəssislər cəlb edib.

 

Qeyd edək ki, Ovononun yaxın zamanda futbolla vidalaşacağı gözlənilir.