İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem və ABŞ yığmasının sabiq hücumçusu Cozi Altidor Milli Futbol Şöhrət Zalına (National Soccer Hall of Fame) daxil ediləcəklər. Sport24.az xəbər verir ki, onlar 2027-ci il siyahısına Lotar Osiander, Culi Erts, Meqan Rapino və Tatu ilə birlikdə qoşulurlar.
Altı nəfərin şərəfinə təşkil olunacaq təqdimat mərasimi 2027-ci ilin aprelin 16-da "Dallas" klubunun ev oyunlarını keçirdyi "Toyota" stadionunda keçiriləcək.
Bekhem bu siyahıya "veteran" kateqoriyası üzrə daxil edilib. İngilis futbolçu "Real"dakı çıxışından sonra, 2007-ci ildə "LA Galaxy" klubuna qoşulub. Amerika klubunda olduğu müddətdə o, iki dəfə (2011 və 2012-ci illər) MLS Kubokunu qazanıb. Ümumilikdə, Bekhem müntəzəm mövsümdə 98, pley-off mərhələsində isə 17 oyunda meydana çıxıb və 2011-ci ildə liqanın ən yaxşı "11-liyi"nə (simvolik heyətinə) seçilib.
Qeyd edək ki, Bekhem futbolçu karyerasını başa vurduqdan sonra "İnter Mayami"nin həmtəsisçisi və prezidenti olub. Mayami təmsilçisi 2023-cü ildə Lionel Messini heyətinə qatıb, 2025-ci ildə isə tarixində ilk dəfə MLS Kubokunu qazanıb.