AFFA prezidenti Rövşən Nəcəf UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn üzərində qələbə qazanan Azərbaycan millisini təbrik edib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

"Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!"

 

Xatırladaq ki, Lixtenşteyn - Azərbaycan oyunu yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.