Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçiriəcək. Sport24.az xəbər verir ki, ümid yığması Omanın U-23 komandası ilə qarşılaşır.
"Bank Respublika Arena"da keçiriləcək görüşün start fiti saat 17:00-da başlayacaq.
Qeyd edək ki, komandalar noyabrın 17-də daha bir yoxlama matçında üz-üzə gələcəklər. Həmin qarşılaşma da eyni stadionda və eyni saatda təşkil olunacaq.