İtaliya A Seriyasında oktyabrın ən yaxşı oyunçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, "Frosinone"də çıxış edən Cakomo Kalo ötən ayın ən yaxşısı seçilib.

 

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

Qalib azarkeşlərin onlayn səsverməsi və fərdi statistik göstəricilər əsasında müəyyən edilib. 29 yaşlı dayaq yarımmüdafiəçisi Anastasios Duvikas ("Komo"), Qustav İsaksen ("Latsio"), Nikola Krstoviç ("Atalanta"), Skott Maktominey ("Napoli") və Markus Türamı ("İnter") geridə qoyub.

 

Qeyd edək ki, Cakomo Kalo oktyabrda A Seriyasında meydana çıxdığı 4 oyunda 3 qol vurub.