"Naxçıvan" voleybol klubu Azərbaycan Superliqasında ardıcıl ikinci qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, qadın voleybolçular arasında keçirilən ölkə çempionatının 2-ci turunda "Naxçıvan" VK növbəti qələbəyə sevinib.

 

Komanda səfərdə "Gəncə" VK ilə qarşılaşıb. "Gəncə" İdman Sarayında keçirilən gərgin mübarizə şəraitində keçən görüşdə Naxçıvan təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.

 

Oyunun taleyi tay-brekdə həll olunub. Setlər üzrə hesab belə olub: 29:27, 17:25, 9:25, 25:18, 8:15.

 

Beləliklə, "Naxçıvan" VK Super Liqada ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.