Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2026/2027 mövsümünə yekun vurulub. Sport24.az xəbər verir ki, ilk oyun gününün hər iki qarşılaşması quru hesabla başa çatıb.

 

I turun açılış matçlarında "Naxçıvan" və "Milli Aviasiya Akademiyası" komandaları meydandan qələbə ilə ayrılıblar.

 

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan və çempionatın debütantlarını qarşı-qarşıya gətirən görüşdə "Naxçıvan" "Azərmaş Abşeron"u darmadağın edib.

 

İlk seti 25:20 hesabı ilə aktivinə yazan Naxçıvan təmsilçisi, növbəti hissələrdə də üstünlüyünü qoruyaraq (25:13, 25:12) 3:0 hesablı inamlı qələbə ilə elitanın yeni mövsümünə uğurlu start verib.