Qadın voleybolçulardan ibarət Azərbaycanın "DH Volley" komandası CEV Çelenc Kubokunda yoluna uğurla davam edir. Sport24.az xəbər verir ki, 1/32 final mərhələsinin cavab görüşündə Danimarkanın "Holte" klubunu qəbul edən paytaxt təmsilçisi rəqibinə şans tanımayıb – 3:0. Bakıda, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan matçda təmsilçimiz setləri 26:24, 25:21 və 25:14 hesablı üstünlüklə tamamlayıb.
Qeyd edək ki, Danimarkada keçirilən ilk oyunda da 3:1 hesablı qələbə qazanan "DH Volley" iki görüşün yekununa əsasən 1/16 finala adlayıb. Azərbaycan klubunun növbəti mərhələdəki rəqibi Polşanın LKS komandası olacaq.