Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə start verir. Sport24.az xəbər verir ki, Bakıda Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gələn Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub – 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15).
2-ci təsnifat mərhələsinin oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də olacaq.