Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasının 2026/2027-ci illər mövsümünün başlama tarixi və ilk turun oyunları müəyyənləşib. Sport24.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Super Liqada yeni mövsümə noyabrın 6-da start veriləcək. İlk tur çərçivəsində iki qarşılaşma keçiriləcək.

 

Mövsümün ilk turunda 2 qarşılaşma baş tutacaq. "Milli Aviasiya Akademiyası" "Gəncə" ilə qarşılaşacaq.

 

Turun digər görüşündə isə "Azərmaş Abşeron" "Naxçıvan"la üz-üzə gələcək. 

 

Qeyd edək ki, kişilər arasında Azərbaycan Super Liqasının yeni mövsümü oktyabrın 23-d start verilib.