"Araz-Naxçıvan"ı təbrik edirəm. Rəqib çox yaxşı mübarizə apardı. Düşünürəm ki, turnir cədvəlinin autsayderi olmağa layiq deyillər". Bu sözləri Sport24.az-a açıqlamasında Zirə"nin futbolçusu Eren Aydın deyib.
23 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının X turunda "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunla bağlı fikirlərini bölüşüb:
"Qol buraxdıqdan sonra yaxşı oynamağa başladıq. İkinci hissədə hesab 2:0 olduqdan sonra da matçdan qopmadıq və hesabı bərabərləşdirdik. Görüşün sonlarında bir az da əlavə vaxtımız olsaydı, qalib də gələ bilərdik. Süni örtüklü meydançada iki qol vuraraq hesabı bərabərləşdirmək əlavə güc tələb edir. Bir xal qazandığımız üçün sevincliyik".
Eren Aydın avrokuboklara vəsiqə qazanmaq şansları barədə də danışıb:
"10 oyunda 16 xal toplamışıq. Daha çox xal qazana bilərdik. Həqiqətən də, qarşımızdakı rəqiblər çox güclüdür. Bəzi görüşlərdə çoxsaylı qol epizodlarını dəyərləndirə bilməməyimiz nəticəyə təsir edir. Avrokuboklara yollanmaq üçün daha çox xal toplamalıyıq".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Zirə" matçı 2:2 hesabı ilə başa çatıb.