Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Ange Postekoqlu "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Asiya Çempionlar Liqasının 4-cü turu çərçivəsində "Paxtakor"a qarşı keçiriləcək səfər oyununun heyətinə daxil edilmədiyini bildirib. Sport24.az xəbər verir ki, bu barədə "Goal"a açıqlamasında bildirib.

 

O, bunu komandanın əsas oyunçularına istirahət vermək zərurəti ilə izah edib:

 

"Sıx qrafik və tez-tez edilən səfərlər səbəbindən Ronaldo, Koman və Simakana istirahət vermək qərarına gəldim".

 

Qeyd edək ki, "Paxtakor" və "Əl-Nəsr" komandaları arasındakı qarşılaşma noyabrın 2-də Daşkənddə baş tutacaq. İki oyundan üç xal toplayan Səudiyyə klubu hazırda Asiya Çempionlar Liqasının Qərb zonasında doqquzuncu pillədə qərarlaşıb.