"Lion"un baş məşqçisi Paulo Fonseka "Sportinq"in "sükanı arxasına" keçəcək. Sport24.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. Bu xəbəri tanınmış insayder Fabritsio Romano də təsdiqləyib. 

 

Portuqaliya klubu artıq "Lion"la məşqçinin gedişi barədə razılığa gəlib.

 

Mənbənin sözlərinə görə, indi yalnız bir neçə detal, o, cümlədən agent komissiyalarının ödənilməsi məsələsinin yekunlaşdırılması qalıb.

 

Fonseka 2025-ci ilin yanvarından Fransa klubuna rəhbərlik edir. O, "Sportinq"in baş məşqçisi postunda istefaya göndərilən Rui Borjesi əvəz edəcək.

 

Qeyd edək ki, 53 yaşlı portuqaliyalı mütəxəssis karyerası ərzində "Milan", "Lille", "Roma", "Şaxtyor" (Donetsk), "Braqa", "Paços de Ferreyra", "Portu", "Aves" və "Pinyalnovense" komandalarını çalışdırıb.

"Sportinq" hazırda Portuqaliya çempionatında üçüncü, "Lion" isə Fransa Liqa 1-də üçüncü pillədə qərarlaşıb.