"Udineze"nin baş məşqçisi Kosta Runyayiç vəzifəindən azad ediləcək.. Sport24.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubunun alman mütəxəssislə bağlı qərarını yaxın vaxtlarda açıqlaması gözlənilir. Onun yerinə əsas namizəd Paolo Zanettidir.
55 yaşlı Runyayiç 2024-cü ilin yayından "Udineze"yə rəhbərlik edir. Komanda ötən mövsüm onun rəhbərliyi altında çempionatı 10-cu pillədə başa vurub.
Udine təmsilçisi son oyununda öz meydanında "Roma"ya 2:5 hesabı ilə məğlub olub. Hazırda komanda A Seriyasında keçirdiyi 10 oyundan sonra 5 xalla 19-cu yerdədir.
Qeyd edək ki, 43 yaşlı Zanettinin sonuncu iş yeri "Verona" olub. O, karyerası ərzində həmçinin "Empoli", "Venetsiya", "Askoli" və "Züdtirol" komandalarına da rəhbərlik edib.