FIFA referisi Kamal Umudlu beynəlxalq təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının oyununu idarə edəcək.

 

Ədalət təmsilçisi "Vilyarreal" - PSJ oyununda əsas söz sahibi olacaq.

 

İspaniyada keçiriləcək matçda Umudluya Vüsal Məmmədov və Rəhman İmami kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını ispaniyalı Borxa Qixarro Kolomer yerinə yetirəcək.

 

Qeyd edək ki, ispaniya və Fransa komandaları arasında baş tutacaq görüş sabah keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.