"Neftçi" klubunun əməkdaşlıq etdiyi skautlar komandaya yeni legioner futbolçu cəlb etmək üçün axtarışlarını davam etdirirlər. Sport24.az bu barədə etibarlı mənbədən bilgi əldə edib.
Məlumata görə, skautlar hazırda Macarıstan çempionatını yaxından izləyirlər. Onlar artıq sözügedən ölkədədirlər və yerli çempionatın oyunlarını canlı izləyərək potensial transfer namizədlərini dəyərləndirirlər.
Bununla belə, axtarışlar yalnız Macarıstanla məhdudlaşmayacaq. Skautların buradakı işlərini başa vurduqdan sonra Portuqaliyaya yollanacaqları bildirilir. Onlar həmin ölkədə də "Neftçi"nin maraq dairəsində olan futbolçuları izləyəcəklər.
Qeyd edək ki, "ağ-qaralar" qış transfer dönəmində heyətdə müəyyən dəyişikliklər etməyi planlaşdırır. Paytaxt təmsilçisi bir neçə mövqeyi gücləndirmək və komandaya keyfiyyətli legionerlər cəlb etmək niyyətindədir. "Neftçi" hazırda 21 xalla Misli Premyer Liqasında liderdir.