II Liqada doqquzuncu turun oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha qarşılaşma keçiriləcək.
"Difai" "Hypers"i, "Ağdaş" isə "Kür-Araz"ı qonaq edir. Hər iki qarşılaşmanın start fiti saat 14:00-da sələnəcək.
Qeyd edək ki, turun dünən keçirilən ilk oyununda "Ağstafa Gəncləri" "Şəki"ni darmadağın edib - 11:1.
II Liqa
IX tur
14.00. "Difai" - "Hypers"
Hakimlər: Mehdi Yusifov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Rasim Musayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. "Palms Sports Futbol Mərkəzi" (Dördüncü meydança).
14.00. "Ağdaş" - "Kür-Araz"
Hakimlər: Pərviz İbrahimov, Elvin Mədətov, Ağadur Mahmudov, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağdaş şəhər stadionu.