"Udineze"nin yolları ayırmaq istədiyi baş məşqçi Kosta Runyayiç Polşa millisinin "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbə iddia edir ki, ötən gün İtaliya klubundan göndəriləcəyi xəbər verilən 55 yaşlı alman mütəxəssis Polşa yığmasının baş məşqçisi vəzifəsinə namizədlər arasındadır.

 

Hazırda Polşa millisinin baş məşqçisi funksiyasını ötən yay bu posta təyin olunan Yan Urban yerinə yetirir. rOnun rəhbərliyi altında komanda 14 oyun keçirib. Bu matçlarda 6 qələbə, 4 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.

 

Qeyd edək ki, Runyayiç 2024-cü ildən "Udineze"də çalışır. O, daha əvvəl "Legiya" (Varşava), "Poqon", "1860 Münhen" və bir sıra digər klublaraı çalışdırıb.