20 yaşadək voleybolçu qızlardan ibarət millimiz Avropa çempionatının təsnifat mərhələsində keçirdiyi ilk oyunda uduzub. Sport24.az xəbər verir ki, U-20 EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Polşaya məğlub olub.

 

Polşa millimizi 3:0 hesabı ilə məyus edib.

 

Qeyd edək ki, yığmamız sabah Latviya komandası ilə üz-üzə gələcək.