Misli Premyer Liqasının 9-cu turunun ilk oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyni adlı təmsilçisi "doğma divalar" arasında "Sumqayıt"ı qonaq edir.

 

RƏşad Sadqıovun baş məşqçisi olduğu kollektiv mövsümə ardıcıl 3 qələbə ilə start versə də, artıq 5 turdur ki, qələbə üzünə həsrətdir. Qonaqlar isə əksinə, ilk turlarda 3 xal qazana bilməsə də, ardıcıl son iki turda meydanı qalibiyyətlə tərk etməyi bacarıb. Aktivində 12 xal olan "qartallar" turnir cədvəlinin 6-cı, "kimyaçılar isə 8 xalla 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri məhz bu görüşdə "qara zolaq"dan çıxmağa çalışacaq. Qonaqlar isə qələbə seriyasını uzatmaq üçün mübarizə aparacaq. Sonda kimin istəyinə nail olacağını 90 dəqiqənin tamamında biləcəyik.

 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, IX tur

 

19:00. "Zirə" - "Sumqayıt" 0:0 (Birinci hissə)

Qol: R. Renato, 8-pen. 

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov
VAR: Kamal Umudlu 
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Şahin Cəfərov 
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə. İdman Kompleksinin stadionu.

 

"Zirə": 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 2. Amin Seydiyev 14. Elçin Əlicanov 11. Ayxan Hüseynov 4. Ruan Renato 9. Davit Volkov 21. Rikardo Martins 5. Ange Mutsinzi 3. Dimitri Leqbo 7. Eren Aydın

 

Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 48. Ramiz Muradov 57. Yusif Hacıyev 43. Əhliman Süleymanzadə 20. İssa Cibrila 33. Mehdi Mişahşah 23. Dameyn Smit 29. Kris Diqbeu

 

"Sumqayıt": 16. Marko Yohanson 29. Emil Mustafayev 17. Nihad Əhmədzadə 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 11. Mamadi Banqre 21. Tiaqo Almeyda 5. Renan Santana

 

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 3. Höccət Haqverdi 20. Ayxan Süleymanlı 75. Nadir Orucov 97. Vüsal Paşayev 23. Rüfət Əhmədov 37. Nihad Orucəli 19. Roi Kehat 27. İmani Barker