"Sabah"ın futbolçusu Timoteuş Puxaç Polşa mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, müdafiəçi Çempionlar Liqasında noyabrda "Barselona"ya qarşı keçirəcəkləri oyundan söz açıb:

 

"Barselona"nın oyunlarını izləyirəm və əsəbiləşirəm. Çünki Yamal nə edirsə etsin, yenə də təhlükə yaradır. Ona meydanda rahatlıq verməyəcəyəm. Mümkün qədər yaxın oynamağa və bir santimetr belə boşluq verməməyə çalışacağam. Oyun zamanı bütün diqqətimi ona yönəldəcəyəm. Daim Yamala yaxın oynayacağam".

 

Qeyd edək ki, "Sabah" – "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.