"Neftçi" Misli Premyer Liqasının 9-cu turunda qarşılaşacağı "Turan Tovuz" klubu ilə matçın hazırlığı başa çatdırıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

 

Qeyd edək ki, oktyabrın 24-də "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Turan Tovuz" matçı saat 19:00-da başlanacaq.