"Qalatasaray" Türkiyə Super Liqasının IX turunda "Fənərbağça" ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, "cim-bom"un futbolçusu Barış Alper Yılmaz derbini buraxa bilər.
Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Vinger Çempionlar Liqasında "Lill"lə matçda xəsarət alıb. Onun "Fənərbağça" ilə oyunda iştirakı sual altındadır.
Qeyd edək ki, "Qalatasaray" – "Fənərbağça" qarşılaşması oktyabrın 26-da keçiriləcək.