"Beşiktaş" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Fabio Miretti zədələnib.
Bu barədə komandanın baş məşqçisi Vinçenso İtaliano yerli mətbuata açıqlamasında deyib.
Avropa Liqasında "Kristal Pelas"la matçda çiynindən xəsarət alan futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Miretti bu mövsüm "Beşiktaş"la 7 oyuna çıxıb.