Argentina təmsilçisi "Estudiantes" "Copa Libertadores" turnirinin finalına vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, argentinalılar yarımfinalda Brazilya "Flamenqo"sunu penaltilər seriyasında mübarizədən kənarlaşdırıb.

 

"Estudiantes" bu ilki turnirin ikinci finalçısı olub. Daha əvvəl Braziliyamın "Palmeyras" klubu "Fluminense"ni yenərək həlledici görüşə vəsiqəni təmin edib.

 

Argentina təmsilçisi tarixində 6-cı dəfə "Copa Libertadores" finalına yüksəlir. Onlar 1968, 1969, 1970 və 2009-cu illərdə çempion olub, 1971-ci ildə isə finalda məğlub olaraq ikinci yeri tutublar.

 

Qeyd edək ki, "Copa Libertadores"in finalı noyabrın 28-də Uruqvayın paytaxtı Montevideoda keçiriləcək.

.