Misli Premyer Liqasının IX turunda "Kəpəz"in "Şəfa"ya qarşı səfər matçı Gəncə Mall-da yerləşən "CineMastercard" kinoteatrında nümayiş etdiriləcək. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunu geniş ekran və müasir səs avadanlıqlarına malik zalda izləmək istəyən futbol həvəskarları biletləri 3 manata əldə bilərlər.
Biletlərin sayı məhduddur, matçın göstəriləcəyi 1-ci zalda cəmi 100 yer var.
Qarşılaşma sabah saat 16:30-da başlayacaq.
Qeyd edək ki, "sarı-göylər"in bundan əvvəlki səfər oyunu – oktyabrın 9-da "Araz-Naxçıvan"la görüşü (2:0) də "CineMastercard"da nümayiş olunub.