Misli Premyer Liqasının IX turunda bu gün "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, qarşılaşma saat 19:00-da start götürəcək.

Komandalar indiyədək Premyer Liqada 42 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərin 25-də "Zirə", 6-da isə "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib. Daha 11 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "qartallar"ın aşkar üstünlüyü var.

"Zirə" son illərdə bu rəqibinə qarşı üstünlüyü tam ələ keçirib. Bakı klubu çempionatdakı son 7 qarşılaşmanın hamısında "Sumqayıt"a qalib gəlib.

"Kimyaçılar" isə Premyer Liqada 22 oyundur "Zirə"ni məğlub edə bilmir. "Sumqayıt"ın bu rəqib üzərində son qələbəsi 2020-ci ilin fevralına təsadüf edir. Həmin görüşdə "kimyaçılar" 2:1 hesablı qələbə qazanıb.