Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət millisi bu gün Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, U-20 EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Polşa yığması ilə qarşılaşır.
Gürcüstanın Rustavi şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, yığmamız sabah Latviya komandası ilə qarşılaşacaq.