Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 9-cu tura start verilir. Sport24.az xəbər verir ki, oyunlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.

 

Günün ilk qarşılaşması Şamaxıda keçiriləcək. "Araz-Naxçıvan" " Qəbələ"ni qonaq edir. Hər iki komanda cari mövsümə uğursuz start verib. 2026/27 "futbol ili"ndə qələbə üzünə həsrət qalan nominal meydan sahibləri 2 xalla turnir cədvəlinin zirzəmisində, aktivində 4 xal olan qonaqlar isə 10-cu yerdə qərarlaşıb. Bugünkü qarşılaşma hər iki kollektiv üçün çox vacibdi. 

 

Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, IX tur

 

15:00. "Araz-Naxçıvan" - "Qəbələ" 0:1 (Birinci hissə)

Qol: İ. Akinade, 8.

Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı 
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı. Şəhər stadionu.

 

Araz-Naxçıvan": 99. Tərlan Əhmədli 2. Abdulla Rzayev 8. Mustafa Əhmədzadə 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 10. Şarl Boli 5. Luka Dumançiç 23. Alberto Fernandes

 

Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 7. Rövlan Muradov 26. Ömər Buludov 29. Ceyhun Nuriyev 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 19. Abdallah Sudi Baş məşqçi: Yuri Maksimov

 

"Qəbələ": 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 23. Rafael Utziq 8. Endri Çekici 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 3. Edson Eduardo

 

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 9. Karim Rossi 7. Bruno Silva 5. Natan Monzanqo 80. Meşak Uboçioma