Sabah Bakıda start götürəcək FIFA U-15 dünya çempionatı və festivalında Kanaki (Yeni Kaledoniya) və Maohi Nui (Fransız Polineziyası) komandaları da iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun "X" hesabında paylaşım edilib.
Bakı oktyabrın 24-də start götürəcək ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edəcək.
Miqyası ilə seçilən turnirdə FIFA-nın 211 üzvündən 189 ölkə iştirakını təsdiqləyib.
Qeyd edək ki, seçmə mərhələ tələbinin olmaması sayəsində 78 ölkə tarixində ilk dəfə FIFA-nın DÇ səviyyəli turnirində debüt edəcək. 1000-ə yaxın qarşılaşmanın planlaşdırıldığı yarış 8×8 formatında və 20 dəqiqəlik iki hissə şəklində təşkil olunacaq.