Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) Super Liqa təmsilçilərinə pul cəzaları tətbiq edib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.


Qeyd edək ki, qərara əsasən, "Beşiktaş" 1 milyon 60 min, "Trabzonspor" 710 min, "Fənərbaxça" və "Qalatasaray" isə hər biri 280 min lirə cərimələnib.