ABŞ 2028-ci ildə tarixdə ilk dəfə keçiriləcək qadınlar arasında Klublararası Dünya Çempionatına ev sahibliyi edəcək. Sport24.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

 

Turnirdə 19 klub iştirak edəcək: UEFA-dan altı klub, CONMEBOL, CONCACAF, AFC və CAF-ın hər birindən üç klub, OFC-dən isə bir klub təmsil olunacaq.

 

19 iştirakçıdan yeddisi artıq müəyyənləşib. Bunlar "Barselona" (İspaniya), "Arsenal" (İngiltərə), "Amerika" (Meksika), "Qotem FK" (ABŞ), "Naeqohyanq" (Şimali Koreya), "Korintians" (Braziliya) və "Uhan" (Çin) klublarıdır.

 

Qeyd edək ki, Qadınlar arasında ilk Klublararası Dünya Çempionatı 2028-ci ilin yanvarın 5-dən 30-dək ABŞ-da keçiriləcək.