UEFA Çempionlar Liqasının əsas mərhələsində III turun oyunlarında qeydə alınan tamaşaçı sayı açıqlanıb. Sport24.az xəbər verir ki, "Sabah" – "Borussiya" (Dortmund) qarşılaşması tamaşaçı sayına görə 18 oyun arasında 11-ci pillədə qərarlaşıb.
Bakı Olimpiya Stadionunda keçirilən görüşü 47 221 azarkeş izləyib.
Bu göstərici ilə Bakıdakı qarşılaşma "Lill" – "Qalatasaray" (44 142 azarkeş) və "Fənərbaxça" – "Slaviya" (40 124 azarkeş) matçlarını geridə qoyub. Sözügedən oyunlar müvafiq olaraq 12-ci və 13-cü yerləri tutub.
14-cü pillədə isə "Mançester Siti" – AEK qarşılaşması qərarlaşıb. Bu matçı 40 000 tamaşaçı izləyib.
III turun ən çox azarkeş toplayan görüşü isə "Bavariya" – "Arsenal" matçı olub. Qarşılaşmanı 75 000 tamaşaçı izləyib.