PSJ sağ dizindəki ön çarpaz bağları qopduğu üçün mövsümün qalan hissəsini buraxmaq məcburiyyətində qalan Xviça Kvaratsxeliyaya əvəzedici axtarışına çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bilbao "Atletik"inin futbolçusu Niko Uilyams Paris klubunun əsas hədəflərindən biridir.
"Goal" portalının yayadığı xəbərə əsasən, Paris klubu Leverkuzen "Bayer"inin formasını geyinən İbrahim Mazay ilə də maraqlanır. Digər potensial nazmizəd isə hazırda Dortmund "Borussiya"sında çıxış edən Matis Albertin adı çəkilir.
Bununla yanaşı, PSJ qış "transfer pəncərəsini" gözləməyə də bilər. Klubun Liqa 1-in "joker" adlanan xüsusi qaydasından istifadə etmək imkanı var. Qaydaya görə, rəsmi "transfer pəncərəsi"nin açıq olub-olmamasından asılı olmayaraq, Liqa 1 və ya Liqa 2 komandalarından bir oyunçunun heyətə cəlb edilməsinə icazə verilir.