Bu gün kişi voleybolçular arasında Super Liqanın 2026/27 mövsümünə start verilib. Sport24.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində keçirilən 1-ci turun ilk qarşılaşmasında "Azərreyl" "Gənclər"i 3:0 hesabı ilə məğlub edib.
Günün digər oyununda isə "ORDU" komandası "Murov Az Terminal" üzərində eyni hesabla qələbə qazanıb.
Qeyd edək ki, 1-ci turun növbəti görüşündə "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gələcəklər. Qarşılaşma oktyabrın 24-də saat 17:00-da FHN-in idman zalında keçiriləcək.