"Turan" bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxır. Sport24.az xəbər verir ki, Tovuz klubu III təsnifat mərhələsində səfərdə Bolqarıstan təmsilçisi "Maritsa" ilə qarşılaşır.
Plovdiv şəhərində keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.
Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.