"Mançester Yunayted" qonaq komandanın dörd oyunçusunu izləmk üçün "Bavariya" -"Borussiya" (Dortmund) matçına skautlar göndərib. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
İngiltərə klubu 30 yaşlı qvineyalı hücumçu Seru Girassini, yarımmüdafiəçilər – 21 yaşlı ingilis Cob Bellinqem və 26 yaşlı alman Feliks Nmeçanı, eləcə də 24 yaşlı isveçli müdafiəçi Daniel Svenssonu diqqətdə saxlayır.
Girassi, Bellinqem və Nmeça uzun müddətdir ki, "Yunayted"in hədəfindədirlər. Girassi hücum xəttini gücləndirə biləcək təcrübəli forvard hesab olunur, lakin onun transferi olduqca çətin olacaq. Eyni sözlər Bellinqem və Nmeçaya da aiddir. Hər ikisinin müqaviləsində yüksək məbləğli sərbəst qalma bəndi mövcuddur.
"Borussiya" oyunçularına olan böyük marağı təsdiqləyən bir məqam da o idi ki, sözügedən qarşılaşmanı Avropanın demək olar ki, bütün aparıcı klublarının – o cümlədən "Arsenal", "Mançester Siti", "Liverpul", "Çelsi" və "Tottenhem"in nümayəndələri izləyiblər.
Qeyd edək ki, Girassi "Bavariya" ilə 2–2 hesabı ilə başa çatan qarşılaşmada komandasının qollarından birinin müəllifi olub.