"Fənərbaxça"nın yeni baş məşqçi namizədi bəlli olub. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda "Kasımpaşa"ya rəhbərlik edən Emre Belözoğlunu komandanın baş məşqçisi postuna gətirməyi planlaşdırır.

 

Bu barədə tanınmış insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

 

Mənbənin iddiasına görə, "sarı-lacivərdlilər"in rəhbərliyi artıq türkiyəli mütəxəssislə danışıqlara başlayıb.