"Vest Hem" baş məşqçisi Nuno Eşpiritu Santu ilə yolları ayırıb. Sport24.az xəbər verir ki. bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 

 

"Çəkicdöyənlər" (klubun ləqəbi) bu qərarı Çempionşipdə mövsümə uğursuz start verilməsi ilə əlaqələndirib. Komandanın çıxışını ətraflı təhlil etdikdən sonra rəhbərlik, klubun qarşıya qoyduğu məqsədlərə çatmaq üçün baş məşqçi dəyişikliyinin zəruri olduğu qənaətinə gəlib.

 

Nuno Eşpiritu Santu ilə yanaşı, onun köməkçisi Rui Pedro Silva və qapıçılar üzrə məşqçi Rui Barbosa da klubdan ayrılıblar.

 

"Vest Hem" artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Bu müddət ərzində komandanın "Kardiff"lə qarşıdakı oyuna hazırlığına Mark Nobl, Stiv Potts və Cerard Prendervill rəhbərlik edəcəklər.

 

Komanda hazırda pley-off zonasının ən aşağı pilləsində qərarlaşıb və ikinci yerdəki "Suonsi"dən dörd xal geri qalır.

 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2025-ci ilin sentyabrında, Qrem Potterin istefaya göndərilməsindən sonra "Vest Hem"in "sükanı arxasına" keçib. Onun dönəmində komanda Premyer Liqadan aşağı liqaya düşüb.